AZ
Video yüklə

Tovuzda 32 qanunsuz silah müsadirə olundu

9 baxış Son xəbərlər
Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Düz Qırıqlı, Əyyublu, Hacıələkbərli, Əlibəyli, Əsrik Cırdaxan və digər kəndlərin sakinlərindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Aşkar olunan silahlar müvafiq ekspertizaya təqdim edilib, silah sahibləri barəsində qanuna müvafiq tədbir görülüb.

Ümumilikdə bu il ərzində Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində rayon sakinlərindən 32 ədəd odlu silah aşkarlanıb ki, həmin silahlardan 9-u aparılan marifləndirici-profilaktiki söhbətlər nəticəsində sakinlər tərəfindən könüllü təhvil verilib. Əməliyyat yolu ilə aşkarlanan 20 odlu silahdan 2 ədədi yivli TOZ 8 silahıdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.