AZ
Video yüklə

Şuşa şəhəri “Yaşıl enerji” zonasına çevriləcək

61 baxış Son xəbərlər
Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiya artıq başa çatıb. 100-dən çox yerli və xarici nümayəndənin iştirakı ilə keçirilən forum maraqlı məqamlarla yadda qaldı. Tədbirin məhz Şuşada keçirilməsində məqsdə mədəniyyət paytaxtını həm də "Yaşıl enerji” zonasına çevirməkdir. Energetika naziri Pərviz Şahbazov işğaldan azad edilən ərazilərdə bərpa olunan enerji potensialının yüksək olduğunu bildirdi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı “enerji keçidi” prosesinə töhfə verəcək.

Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalandı.

SOCAR ilə BP arasında imzalanan Əməkdaşlıq Müqaviləsi ölkədə bərpa olunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. SOCAR ilə “Masdar” şirkəti arasında imzalanan Anlaşma Memorandumu da Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyır. Hər iki sənədin imzalanmasında məqsəd neft-qaz və enerji sahəsində qabaqcıl texnologiyaların tətbiqini, bərpa olunan enerji mənbələrinin birgə inkişafını təmin etməkdir.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubu oxudu. Məktubda bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Azərbaycan və Türkiyənin mükəmməl əməkdaşlığının ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıdığı qeyd olundu.

Forumda iştirak edən 100-dən çox yerli və xarici nümayəndə sonda Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkil etdiyi Şuşa turuna qatıld. Tədbir iştirakçıları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələrini ziyarət etdilər, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış oldular.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.