Sumqayıt şəhərinin mərkəzi küçələrindən biri olan Nizami küçəsində vəziyyət olduqca bərbaddır.
Avtosfer.az komandası vaxtaşırı bu küçədəki problemlərlə bağlı məlumat verib, lakin hansısa dəyişiklik əldə etmək mümkün olmayıb. Bu dəfə Nizami küçəsində, daha dəqiq desək, Sumqayıt bazarının ortasındakı Nizami parkındakı vəziyyətlə bağlı elə Sumqayıtda yaşayan bloger Elmir Hacıyev video paylaşıb. O bildirib ki, parkda səhər saatlarındakı natəmizlik heç də ürəkaçan mənzərə deyil və bunu edənlər elə şəhər sakinləridir.
























