Su borcuna görə blokda su borusunu kəsib gediblər – Şok hadisə

  • 04.03.2024
  • 0

“Azərsu”nun əməkdaşları borca görə blokun içində su boru xəttini kəsib gedib”.
Bu iddia ilə Yeni Günəşli, D massivi, blok 6-da yaşayan sakin çıxış edib.
Vətəndaş su borusunun kəsildiyi üçün binanın su içində qaldığını əks etdirən görüntüləri də göndərib.
Xanım bildirir ki, su idarəsi onlara yaxın olsa da, heç kəs məsələ ilə maraqlanmır. Telefonlarına isə düşmək mümkün deyil.

Nə düşünürsən?