"Onlar namussuzdurlar" - Video

  • Bu gün 11:04
  • 0

"Ola bilər ki, sevgi, ehtiras azala bilər. Amma bir ailədə hörmət, sayqı varsa, 50, 60, hətta 70 il də birlikdə ola bilər. Anamı çox sevirəm. Düşünürəm ki, ana qədri bilən başqasının anasına, bacısına nəsə deməməlidir. İnsan öz anasını sevmirsə, başqasınınkın sevə bilməz. Ona görə də düşməni də anasından vururam. Düzdür, ana qədri bilməyənlər də var".

Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayımda olarkən deyib. O, ailə dəyərlərindən, sevgidən danışıb:

"Qadın döyülməməlidir. Döyülmə, söyülmə olmamalıdır. Mənim üçün valideynlərim çox önəmlidir. Addım atarkən, anam və atamın adını düşünürəm. Namuslu, əxlaqlı valideynə can sağlığı arzulayıram. Bu duam hər valideynlərə düşmür. Yaşar, Maşar xətti ilə bir yerə gələnlərdən danışmıram. Onlar namuslu deyil, namussuzdur. Ailədə kişiyə məşhur olduğu üçün dəər verilmir. Bizim Azərbaycan qadınları ailə dəyərlərini gözəl bilir. Bizim qadınların kişiyə olan hörməti, onu yüksəltməsi, kaş bütün türk dünyasında olardı".

Xoşqədəm "Türk qadını Doğuşa dözə bilməzdi" sözlərinə "Sevən qadın dözər. Sevgi qalib gəlir. Azərbaycan ailələri möhtəşəmdir: ailə dəyərləri, sevgi, uşaqlarına düşgünlük. Mən uşaqlarıma, ailəmə düşkün biriyəm" cavabını verib. 

Qeyd edək ki, Xoşqədəm türkiyəli müğənni Doğuşla ailəlidir. Cütlüyün bu nikahdan əkiz övladı var.