SON DƏQİQƏ! : Ordumuzu mühasirəyə almaq istədilər..

  • 28.05.2021
  • 0

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Edvard Asryan etiraf edib ki, erməni hərbçiləri guya yeni mövqeləri təchiz etmək məqsədilə azərbaycanlı əsgərləri mühasirəyə almağa çalışıb. Səyyar Tv xəbər verir ki, Azərbaycan ordusu kəşfiyyat vasitələrinin köməyi ilə ermənilərin hərəkətini vaxtında görüb və “həmin hadisələr” baş verib. Qeyd edək ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 3 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan biri zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb.

≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔

Reklam və Sponsorluq üçün : +994703993420

≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔

#SONDƏQİQƏ #QARABAĞ #ZƏNGƏZUR

≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔

Bizi sosial şəbəkələrdə izləyin.

İnstagram : https://bit.ly/3940FuA

Tik Tok : https://bit.ly/2OOr8Wm

Facebook : https://bit.ly/3f76OtR

Twitter : https://bit.ly/3cTRUVh

Bax Tv : https://bit.ly/3968YpX

Nə düşünürsən?