AZ
Video yüklə

Soltanlı stansiyasının təməli qoyuldu

2 baxış Son xəbərlər
Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində yerləşən Soltanlı stansiyasının yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb.

Təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın, 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Prezidentin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.