SOCAR-dan saxta elanlara reaksiya gəldi
11 baxış
Son xəbərlər
Son günlər sosial şəbəkələrdə, Azərbaycan Dövlət Neft Şirkətinin adından maddi maraq qarşılığında vətəndaşlara işə düzəltmə və ya investisiya qoyuluşu təklif olunur. Dələduzluqla məşğul olan bu səhifələrdə yayılan məlumatlara əsasən, guya Neft şirkətinə vəsait qoyan şəxslər əldə etdikləri qazanclar hesabına dünyanı gəzir.
Məsələ ilə bağlı Dövlət Neft Şirkəti ilə əlaqə saxladıq. SOCAR-ın Kommunikasiya xidmətinin əməkdaşı bildirdi ki, şirkət sözügedən səhifələrin verdikləri vədlərə görə məsuliyyət daşımır. Vətəndaşları ayıq-sayıqlığı itirməməyə və belə hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.
Qeyd edək ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri şirkətin veb-saytının “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.