SƏRT SÖZLƏR: Harınlamış məmurlara nəzarət gücləndirilməlidir
415 baxış
Son xəbərlər
Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər!
"Demokratik cəmiyyətin əsas məqamlarından biri də dövlət qurumları və məmurlar üzərində ictimai nəzarətin təşkil olunmasıdır".
Bu sözləri Müasir İnkişaf Bbirliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Yeni Kanal internet televiziyasına açıqlamasında söyləyib. Mübariz Göyüşlü bildirib ki, bu istiqamətdə medianın və QHT-lərin çox böyük rolu var.
Sitat: "Prezident İlham Əliyev müntəzəm olaraq öz çıxışlarında bu məsələlərə toxunur, hər dəfə vətəndaşları ictimai nəzarəti təşkil etməyə, ona dəstək olmağa çağırır. Dövlət başçısının media nümayəndələrini özünün köməkçisi adlandırması, jurnalistlərin yaydığı məlumatlar vasitəsilə bəzən problemli məsələlərlə tanış olması da çox təqdirəlayiqdir. Son çıxışlarından birində Prezidentin QHT-lərə çağırış etməsi, onları ictimai nəzarətin təşkilinin vacibliyinə çağırması çox mühüm amildir". Sitatın sonu.
Siyasi şərhçi Mübariz Göyüşlü daha sonra əlavə edib:
"Dövlət başçısının QHT-lərə səslənməsi isə bu sektorun təmsilçiləri qarşısında ictimai nəzarət funksiyasını daha da gücləndirməyin, rüşvətə, korrupsiyaya bulaşmış, xalqı vecinə almayan harınlamış məmurlara nəzarətin vacibliyini qoyur. İndiyə qədər görülən işlərə baxış keçirilməli, müasir dövrün tələblərinə uyğun yeni vəzifələr müəyyən edilməlidir. Prezidentin büdcə təyinatından düzgün istifadə etməyən dövlət qurumlarını tənqid etməsi, bəzi məmurları cəzalandırması və s. QHT-lərin öz fəaliyyətlərini daha da gücləndirməyini zəruri edir. Hesab edirəm ki, bununla əlaqədar olaraq ictimai müzakirələr keçirilə, yeni təkliflər hazırlana, həm dövlətə. həm ictimaiyyətə təqdim oluna bilər. Bundan sonra həmin təkliflərdə əks olunan məqamlara uyğun olaraq daha da güclü bir şəkildə ictimai nəzarət işini təşkil etmək olar. Bu dövlət başçısının bizlərdən - QHT sektorunun təmsilçilərindən, ictimai xadimlərdən olan gözləntiləridir ki, bizlər də bunu doğrultmalıyıq".
Röya İsrafilova Yeni Kanal

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.