Şəkidə 28 ağac qanunsuz köküstə kəsilib. Hadisə nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəydiyi müəyyən edilib və cinayət işi açılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, son vaxtlar paytaxt ərazisində də ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə edilir. Şəki rayonunda 28 ağac qanunsuz kəsilib.. Hadisə Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid, Aşağı Kəldək kəndi ərazisində baş verib. Baş Kəldək Bələdiyyəsinin sədri Natiq Məsimov bildirib ki, ağacların köküstə kəsilməsi ilə bağlı onlara məlumat daxil olan kimi əraziyə baxış keçirilib. Ağacların məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib və cinayət işi açılıb. ETSN-nin Dövlət Ekoloji Təhlükəsizilik xidmətinin rəisi Hikmət Əlizadə əlavə edib ki, son vaxtlar bu cür hallara paytaxt ərazisində də rast gəlinir. Hikmət Əlizadə bir daha xəbərdarlıq edib ki, ağacları qanunsuz olaraq kəsənlər barəsində bundan sonra da sərt tədbirlər görüləcək.