Şəkidə 2 kənddə qəsdən yanğın törədən şəxs saxlanıldı
25 baxış
Son xəbərlər
Şəkidə 2 kənddə qəsdən yanğın törədən şəxs saxlanılıb
APA TV-nin məlumatına görə, Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndləri ərazisində ümumilikdə bir fərdi yaşayış evinin, həmin evin həyətində olan “VAZ-2106” markalı avtomobilin, eləcə də iki tövlənin yanması barədə Şəhər–Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumat daxil olan kimi dərhal polis şöbəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerlərinə cəlb olunub, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Baş vermiş hadisə zamanı ev sahibləri olan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, tövlələrdə olan ümumilikdə 7 baş iribuynuzlu mal-qara tələf olub, eləcə də 1400 ot bağlaması yanıb. İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rahib Tağıyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.