Kürdəmirdə 2-ci Qarabağ müharibəsi şəhidinin anası intihar edib. Hadisə rayonun Qarasu kəndində qeydə alınıb. Belə ki, 2-ci Qarabağ müharibəsinin şəhidi Ramin Nuralı oğlu Quliyevin anası Xanım Quliyevanın cəsədi yaşadığı evin həyətindəki quyuda aşkarlanıb. Ailə üzvlərindən Baku TV-nin yerli bürosuna verilən məlumata görə, 1955-ci il təvəllüdlü Xanım Quliyeva son vaxtlar əsəb pozuntusu keçirirmiş və psixoloji problemləri varmış. Bir müddət imiş ki, ailə üzvləri onu nevroloji müalicəyə cəlb etsələr də, müalicənin heç bir təsiri olmayıb. Xanım Quliyeva həmişə ailənin nəzarəti altında olsa da, bu gün səhər saatlarında ailə üzvləri onun evdə olmadığını görüblər. Ailə üzvləri dərhal onu axtarmağa başlayıb və bu zaman ailənin kiçik oğlu anasının cəsədini həyətdəki quyudan aşkarlayıb. Hazırda ailə hadisənin şokunu yaşayır. Qeyd edək ki, ötən gün ailə şəhid Ramin Quliyevin 2-ci anım günü mərasimini keçirib. Mərasimdə rayon ictimayyəti və kənd camaatı iştirak edib. Hadisə rayonun Qarasu kəndində qeydə alınıb. Belə ki, 2-ci Qarabağ müharibəsinin şəhidi Ramin Nuralı oğlu Quliyevin anası Xanım Quliyevanın cəsədi yaşadığı evin həyətindəki quyuda aşkarlanıb. Ətraflı videoda: