Argentinanın Salavina bölgəsindəki bir məktəbdə pis ruhlar tərəfindən ələ keçirildiyi iddia edilən qız üçün "şəfa ayini" keçirilib. Loğman olduğunu iddia edən bir adam cinlər tərəfindən ələ keçirildiyi deyilən qızı əli ilə başına toxunaraq xilas etdiyini iddia edib. Görüntülərdə adamın əlini çəkməsindən sonra geriyə doğru düşən gənc qız sanki, özünü itirib. Julio Alis adlı adam“İnsanlar yaxşılığın var olduğu kimi, pisliyin də var olduğunu qəbul etmir. Bu vəziyyəti görməməzliyə vururlar. Mən hər gün cinlər tərəfindən ələ keçirilmiş insanlar görürəm. Buna görə də ortaya çıxan görüntülər məni təəccübləndirmir". deyib. Katolik olduğunu da sözlərinə əlavə edən Alis gördüyü işin özünə Tanrı tərəfindən verilən bir hədiyyə olduğunu düşünür.