Rusiyanın Novosibirsk çəhərində rekonstruksiya edilən ikimərtəbəli binanın divarı çöküb, dağıntılar altında qalanlar var. FaktXeber.com-un verdiyi məlumata görə,bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
İlkin məlumatlara görə, bir işçi həlak olub, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bundan başqa daha 12 nəfərin dağıntılar altında qala biləcəyi deyilir.
Müstəntiqlərin fikrincə, hadisə istilik magistralının planlı təmiri zamanı baş verib. İndi orada 70-ə yaxın xilasedici və 20 ədəd texnika işləyir.
Təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.


































