Roza Zərgərlinin açıq-saçıq geyimi müzakirə yaratdı

  • 12.09.2024
  • 0

Müğənni Roza Zərgərli Gürcüstanda konsert verəcək.

Bu barədə ifaçı sosial şəbəkə hesabında məlumat verib. Belə ki, R.Zərgərli 20 sentyabr Gürcüstanın Marneuli şəhərində  “Marneuloba 2024” festivalında izləyicilərin qarşısına çıxacaq.

Müğənninin konsert barədə məlumat verdiyi görüntülər isə birmənalı qarşılanmayıb. Bəziləri onun açıq-saçıq geyiminə irad tutub, bu cür geyimlərin ona yaraşmadığını qeyd ediblər.