AZ
Video yüklə

Razi Nurullayev: "Təbii qaza tətbiq olunan limit tamamilə ləğv edilməlidir"

16 baxış Son xəbərlər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev hələ 2018-ci il prezident seçkilərində namizəd olduğu zaman təbii qaza və elektrik enerjisinə tətbiq olunan limitin ləğv olunmasının vacibliyini vurğulayırdı.



Cebhe.info xəbər verir ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə təbii qaza tətbiq olunan limit 500 kubmetr artırılaraq 2200 kubmetrə çatdırıldı. Razi Nurullayev limitin artırılmasına münasibət bildirərək, bunun yetərli olmadığını deyib:



“Təbii qaz limitinin artırılması sevindirici haldır. Lakin əhalinin hazırki sosial durumunu nəzərə alsaq, limitin müəyyən təbəqə üçün tamamilə ləğv edilməsi daha məqsədəuyğundur”, - deyə AXCP sədri vurğulayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.