AZ
Video yüklə

Quldurluq cinayətinin üstü 22 il sonra açılıb

65 baxış Son xəbərlər
22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayətinin üstü açılıb.

APA tv-nin yerli bürosunun verdiyi xəbərə görə. Hadisə 2001-ci ilin fevral ayının 16-da saat axşam saatlarında Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə daxil olan 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş
tüfənglə hədələyib 500 ABŞ dolları, əlavə olaraq məbləği müəyyənləşdirilən rubl, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk ediblər.

Faktla bağlı elə həmin vaxt Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanılıb. Cinayətin üstü 22 ildən sonra açılıb.
İstintaq zamanı cinayət hadisəsini törədən digər iki şəxsin ötən 22 il ərzində ölmələri müəyyən edilib. Hazırda Masallı rayon polis şöbəsində faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.