AZ
Video yüklə

Qubaya 11 sm qar yağdı

8 baxış Son xəbərlər
Ötən gün axşam saatlarından başlayaraq şimal rayonlarında hava şəraiti kəskin dəyişib və güclü qar yağıb. Havanın temperaturu isə əvvəlki günlərlə müqayisədə 10-15 dərəcə aşağı enib.

Şimal-Şərq Regional Hidrometrologiya Mərkəzindən verilən məlumata görə, ən çox qar 11 sm olmaqla Qubanın Xaltan kəndinə yağıb. Bundan başqa Qırız kəndində 4, Xınalıq kəndində isə 6 sm qar müşahidə edilib. Rayon mərkəzində isə qarın qalınlığı 8 sm təşkil edib. Dağlıq ərazilərdə temperatur mənfi 16 dərəcəyə enib.

Güclü şaxta ilə müşayət olunan qarın yağması yolların buz bağlamasına səbəb olub. Bu isə avtomobillərin hərəkətində çətinlik yaradıb. Yarana çətinliyi aradan qaldırmaq məqsədi ilə Quba 5 saylı Yol İstismarı MMC-nin canlı qüvvəsi və ağır texnikaları ərazilərə cəlb edilib. Asvalt örtüyü qardan təmizlənib və yollara qum-duz səpilib.

Yerli sürücülər də bildirir ki, qışa aylarında avtomobildən istifadə edərkən olduqca diqqətli olmaq lazımdır. Xüsüsən avtomobilin şinləri qış fəslinə uyğun olmalıdır.

5 saylı yol istismar idarəsindən o da bildirildi ki, növbətçi texnika və canlı qüvvə 24 saat ərazidə fəaliyyətini davam etdirir. Yollarda hər hansı çətinlik yaranacağı təqdirdə dərhal tədbir görüləcək.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.