Qubada 20-dən çox ev təhlükədədir
9 baxış
Son xəbərlər
Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 50 hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə yerləşir. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır. Ümumilikdə 25 ev təhlükəli ərazidə yerləşir.
Quba rayon icra hakimiyyətindən APA TV-yə verilən məlumata görə, hadisə yerinə Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyi əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq sürüşmə zonasına yaxın ərazidə yerləşən ailələr evlərindən köçürülüb.
Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.