Madaqaskar yarasası yaxud, "aye-aye" adlanan bu canlı olduqca maraqlı görünüşə və xususiyyətlərə malikdir.
Oxu24.com xəbər verir ki, Madaqaskar yarasası yerli əhalisi arasında mənfi xüsusiyyətə malik canlı kimi qəbul edilib.
Bu heyvanın bədbəxtlik gətirdiyinə inanılır və onu öldürən şəxs tezliklə özünün öləcəyi düşünülür.
Amma bütün bunlar sadəcə mövhumatdır.
Bu canlının bədən uzunluğu 45 sm-ə, çəkisi isə 3 kq-a qədər olur.
Aye-aye böyük yarasaya bənzər qulaqlara və sarı gözlərə malikdir.
Heyvanın xarici görünüşündə ən xoşagəlməz cəhət onun çox uzun və hərəkətli barmaqları olan pəncələridir. Uzunluğu 60 sm-ə çatan gözəl tüklü quyruğu var.
Aye-aye-nin əsas fərqləndirici xüsusiyyətlərindən biri qulaqlarının ölçüsüdür. Maraqlı olan onların ölçüləri deyil, strukturlarıdır: aye-aye qulaqları hətta ağac gövdələrində sürfə və həşəratların incə hərəkətlərini də eşidə bilir.
Aye-ayenin dişləri ömrü boyu böyüyür.
Aye-aye'nin ön ayaqlarının barmaqları, caynaqları kimi çox uzun olduğuna görə diqqət çəkir. Buna görə, həm də ön və arxa pəncələrin ölçülərindəki fərqə görə, aye-aye olduqca yavaş hərəkət edir.
Həmçinin, aye-aye'nin ön pəncələrinin orta barmağında iki oynaq digərlərindən nəzərəçarpacaq dərəcədə uzundur. Aye-aye qabıqdakı çatlardan böcəkləri və digər həşəratları çıxarmaq üçün bu barmaqdan istifadə edir. Bu nazik barmaq 360° dönə bilir.
Aye-ayes bəzən ünsiyyətcil olmasına baxmayaraq, bu primatlar yenə də təkliyə üstünlük verirlər. Sakit şəkildə yemək axtarmaq üçün əraziyə səpələnməyi və sonradan öz qruplarına qovuşmağı xoşlayırlar.
Təəssüf ki, təbiətdə çox az sayda aye-ayes qalıb .Heyvan çoxdan nəsli kəsilməkdə olan kimi Qırmızı Kitaba düşüb.1994-cü ildə Madaqaskarda cəmi 1000 heyvan var idi.
Hazırladı: Miri Məcidli
































