AZ
Video yüklə

Qərb rayonlarında güclü leysan

38 baxış Son xəbərlər
Dünən axşam saatlarından yağan leysan və dolu Daşkəsən rayonunda bir sıra fəsadlar törədib. Rayonun Dəstəfur və Əhmədli kəndlərinə güclü dolu düşüb. Bəzi elektrik və rabitə xətlərinə, eyni zamanda yol infrastrukturuna ziyan dəyib.

Quşçu kəndində isə yağış və doludan sonra sel gəlib. Nəticədə kənddə olan əkinə və meyvə ağaclarına ziyan dəyib, 10-a yaxın evə sel suları dolub.

Ev quşlarını və 1 iri buynuzlu malı sel aparıb. Kənd yollarına ziyan dəyib.

Selin ziyan vurduğu kəndlərə Daşkəsən RİH-nin Fövqəladə Hallar Komisiyasının əməkdaşları cəlb olunub. Sakinlərə dəymiş ziyanın hesablanmasına başlanıb.

Şəmkir rayonunun mərkəzinə, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, Dəllər və digər yaxın kəndlərə də güclü dolu leysan xarakterli yağış yağıb. Dolu sözügedən ərazilərdə meyvə ağaclarına və təsərrüfata zərər vurub. Qeyd edək ki, hazırda Qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.