2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı qonaqları sürprizlər gözləyir. Bu, paytaxtla Yaponiyanın iri şəhərlərini birləşdəcək Shinkansen N700S (Supreme) sürət qatarıdır. Qatar-güllə 300 km/saatda yol qət edəcək. Lakin onun çəkisi 11 ton azalıb ki, bu da daha az elektrik sərf etməsinə imkana yaradacaq. Qatarda 12 vaqon olacaq. Lakin salonda rahatlılıq səviyyəsi daha da artacaq. Maraqlıdır ki, ilk qatar-güllə Yaponiyada 1964-cü ildə Yay Olimpiya Oyunları zamanı buraxılıb.