ABŞ İrana təyyarə üçün ehtiyat hissələrinin tədarükünə lisenziya vermək niyyətində deyil. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma Şöbəsinin rəhbəri Brayan Huk deyib. "İranlılar bir neçə dəfə lisenziyaların verilməməsi ilə bağlı etirazlarını bildirib. Bu, xüsusilə mülki aviasiyaya aiddir. Mən onlara demişəm ki, onlar mülki təyyarələri terrorçuların və silahların Yaxın Şərqə daşınması üçün istifadə edirlər. Biz milli təhlükəsizliyimizə təhdid üçün lisenziya verməyəcəyik", - deyə o bildirib.