Qarakənd faciəsindən 31 il ötür...
4 baxış
Son xəbərlər
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasından 31 il ötür. Yaddaşlara Qarakənd faciəsi kimi həkk olunan bu faciədə Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputat, jurnalistlər və ekipaj üzvləri olmaqla ümumilikdə 22 nəfər həlak olub.
1991-ci il noyabrın 20-də qəzanın baş verdiyi vaxt xalqa və beynəlxalq ictimaiyyətə Qarakənd faciəsi haqqında ağ yalan tirajlanr. İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də sonradan onun vurulması faktı təsdiqlənir. Çünki üç il idi ki, bədnam qonşularımız ərazi iddiaları ilə məkrli siyasət yürürdülər.
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun köməkçisi Bakıya zəng vuraraq Təhlükəsizlik Şurasının növbəti iclasını Qarabağda keçirməyi xahiş edir. Ərazi iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Azərbaycanın böyük nüfuza malik şəxslərinin həmin siyahıda yer alması xüsusilə israr edilir. İçərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertolyotlar mühafizə məqsədilə müşayiət etməli osa da, bu, baş vermir. Nəticədə Qarakənd səmasında “Mi-8” hərbi vertolyotu ermənilər tərəfindən vurulur. Həlak olanlar arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olublar.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.