AZ
Video yüklə

Qarabağda indiyədək 13 mindən çox mina aşkarlanıb

4 baxış Son xəbərlər
Prezident İlham Əliyevin Brüssel görüşündə Ermənistanı sülh sazişi ilə bağlı praktiki danışıqlara razı salınması, bir neçə ay ərzində isə Azərbaycanın sülh sazişini yekunlaşdırıb imzalamağa hazır olması daha bir diplomatik qələbəmizdir. Azərbaycan adekvat davranışları qarşı tərəfdən - Ermənistandan da gözləyir.

Prezident bu fikirləri bir neçə gün bundan öncə İtaliyanın Çernobbio şəhərində “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib. Prezident 2021-ci il 2021-ci il dekabrın 15-də Brüsseldə işgüzar səfərdə olarkən də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə vermişdi. Dövlət başçısı orada bir sıra vacib məsələlərlə yanaşı humanitar sahəyə - xüsusilə də mina probleminə diqqət çəkmişdi. Bildirmişdi ki, müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan mina səbəbindən həlak olub və ya ağır yaralanıb. Bizim hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. ANAMA-nın şöbə müdiri Aqil Aslanov da REAL-a açıqlamasında 2020-ci ilin 10 noyabr tarixindən indiyə qədər işğaldan azad olunan ərazilərdə 13 mindən artıq piyada əleyhinə minaların aşkar olunduğunu diqqətə çatdırdı.

Bu problemi hər zaman beynəlxalq tribunalardan qaldıran prezident Aİ Şurasının prezidenti Şarl Mişellə də görüşlərində təklif edib ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Bu, çox bahalı işdir, minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik.

Mütəxəssilər isə həyəcan təbili çalır. Bildirirlər ki, Ermənistan bu istiqamətdə "fəaliyyətlərini" dayandırmırlar. Çünki elə azad olunan ərazilər var ki, minlara ora yeni basdırıırb. Çünki Ermənistanda mina istehsal edən zavod var. Beynəlxalq konvensiyalara görə, onun fəaliyyəti qadağan edilməlidir.

Azərbaycanın qarşıda dayanan əsas prioriteti azad olunan ərazilərin və onun yaxın çevrəsində olan kəndlərin təmizlənməsi, yolların, kommunikasiya xətlərinin açılmasıdır.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.