Türkmənistan vətəndaşı Kurbanmırat Nepesov 1992-ci ildə işğalçı Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı vuruşub. Bu haqda “Sputnik Armeniya” nəşrinin rəhbəri Dmitri Pisarenko yazıb. Hələ 1992-ci ilin yayında Ağdərə ətrafında gedən döyüşlər zamanı bu Rusiya jurnalisti guya təsadüfən həmin türkmənlə rastlaşıb və ondan müsahibə götürüb. Məlum olur ki, sovet dövründə Ermnistanda hərbi xidmət keçmiş Nepesov Kurbanmırat Bazarbayeviçin bu xristian ölkəsi xoşuna gəlib. Ona görə də o, hərbi xidmətini bitirdikdən bir il sonra yenidən Ermənistana qayıdıb və könüllü olaraq işğalçı ordu sıralarında Azərbaycana - müsəlman ölkəsinə qarşı təcavüzdə iştirak edib. 1992-ci ildə Azərbaycan torpaqlarında gəbərən bu türk kökənli xəyanətkar müsəlman İrəvanda dəfn edilib...