AZ
Video yüklə

Polisdən gizlənən narkotik alverçisi tutuldu

41 baxış Son xəbərlər
Polisdən gizlənən narkotik alverçisi tutuldu.



Noyabr ayında Suraxanı polisinin Maştağa qəsəbəsində Cavidan Babayevə məxsus evdə keçirdiyi əməliyyat zamanıxeyli miqdarda narkotik vasitə və silah tapılmışdı. Həmin vaxt Maştağa sakininin həyətyanı sahəsində yerləşən istixanadan 316 ədəd ümumi çəkisi 12 kiloqram 710 qram olan narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdu. Bununla yanaşı, Cavidan Babayevin evinə baxış keçirilən zaman 1 ədəd sənədsiz ov tüfəngi, 7 ədəd patron və ümumi çəkisi 30 qramdan artıq olan qurudulmuş marixuana da müəyyən edilərək polislər tərəfindən götürülmüşdü. Həmin vaxt ev sahibi polis əməkdaşlarından qaçaraq bir müddət gizlənsə də, sonuncu əməliyyat zamanı o saxlanıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.