Bakıda güclü külək piyadaların həyatı üçün təhlükə yaradıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər 08:30 radələrində Yasamal rayonunda baş verib. Hadisəni əks etdirən videogörüntünü jurnalist Mahir Məmmədli paylaşıb. Məlumata görə, güclü külək yuxarı mərtəbələrin birində yerləşən mənzildən pəncərənin torunu sındıraraq yerə salıb.
Zərbə ilə yerə çırpılan tor lövhə parçalanıb. Xoşbəxtlikdən həmin zaman oradan piyada keçməyib.