Peyğəmbərdən bəhs edən səs-küylü film Bakıya gəlir
22 baxış
Son xəbərlər
Azərbaycanda keçirilən İran Mədəniyyət Günləri çərçivəsində Bakıya məşhur iranlı kinorejissor Məcid Məcidi gəlib.
Sfera.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, rejissoru və ssenari müəllifi olduğu və son illər səs-küyə səbəb olan "Məhəmməd - Allahın elçisi” filminin premyerası üçün paytaxta təşrif buyurub.
Nizami Kino Mərkəzində baş tutan təqdimatda Mədəniyyət naziri Əbülfəs Qarayev, kino xadimləri, aktyor-aktrisalar, səfirlik əməkdaşları iştirak edib.
"Oskar”a namizəd olan ilk iranlı rejissor M.Məcidi filmin nümayişindən əvvəl jurnalistlərin suallarını cavablandırıb:
"Bakını, sizi salamlayıram. Sevinirəm ki, burada filmlərimi tanıyırlar və sevirlər. Ümid edirəm ki, "Məhəmməd- Allahın elçisi” kinoteatrlarda göstəriləcək və əhali ekran işi ilə tanış olacaq. Kinonu 7 ilə çəkmişik. Mən nəticədən çox razıyam, hədəfimizə isə çatmağımıza çox var. İstəyirəm ki, film dünyanın hər yerində göstərilsin və islamın əsl simasını dünyaya tanıdaq. İslam haqqında dünyada yanlış təsəvvürlər yaradılır. Mərhəmət, sülh, fədakarlıq, gözəllik dinidir islam! Təəssüflər olsun ki, dinimiz barədə yanlış fikirlər səsləndirirlər. Onlardan ən pis nümunə isə İŞİD qruplaşmasıdır ki, islamı dünyaya mənfi təqdim edir”.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.