Xəbər verdiyimiz kimi bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangirli bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq. Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq. QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir. Bundan nəticə çıxarsaq, toyların keçirilməsi üçün vaxt ancaq iyun, iyul və avqust ayının ilk həftələri qalır. Qeyd olunan aylarda toyların keçirilməsi gözlənilirmi? Mövzu ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib. "Bu gün üçün belə qərar yoxdur. Sabah nə olacaq, bu virusun yayılma şərtlərindən asılıdır. Göstəricilər necə olacaqsa, ona uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul olunacaq. Bu xəstəliyin yayılması ilə yoluxmanın dərəcəsi və miqyasından asılı olan bir şeydir. Kimsə bunu öz arzularına əsasən deyə bilməz. Təbi ki, biz də arzu edirik ki, sabahdan hər şey bitsin və həyat öz normasına qayıtsın. Bunu hər kəs istəyər". ___________________________________________________________________________ ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp)