AZ
Video yüklə

Ölkəmizin İranla dostluq nişanı

12 baxış Son xəbərlər
Azərbaycanla İran arasında dostluq çayı olan Araz üzərində yaradılmış Araz su anbarının 50 yaşı tamam olur. Bu illər ərzində Cənub qonşumuzla Araz çayının imkanlarından birgə istifadə edib, dostluq münasibətlərini daha da möhkəmləndirmişik. Suyun aydınlığı iki qonşu ölkənin əlaqələrini də paklaşdırıb.

Lakin həmin ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən işğalı edildiyindən, İran tərəfi Azərbaycan hökumətinin verdiyi qərar əsasında burada birtərəfli qaydada tikinti işlərini davam etdirib. Məsələ ilə əlaqədar uzun illər İranla Azərbaycan arasında məsləhətləşmələr aparılıb və nəhayət 2016-cı ilə Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının tikintisinin davam etdirilməsi və onun imkanlarından bərabər istifadə olunmasına dair saziş imzalanıb.

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Aydın Mirzəzadə deyir ki, İranla meriban qonşuluq münasibətləri Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu səbəbdən də cənub sərhəddimizin keçdiyi Araz çayından birgə, hər iki ölkənin maraqlarına cavab verən səmərəli şəkildə istifadə bu siyasətə xidmət edən amillərdəndir

Qeyd edək ki, Araz su anbarı - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində, Araz çayının üzərində yaradılıb. Su anbarı 1971-ci ildə istifadəyə verilib. Azərbaycan və İran tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə istismar olunur. Araz su anbarının ümumi su tutumu 1350 mln m³, faydalı həcmi 1150 mln m³-dir.

Su anbarının uzunluğu 52 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilib. Araz su-elektrik stansiyasında 2 ədədi İran ərazisində, 2 ədədi isə Azərbaycan ərazisində olmaqla 4 ədəd turbin quraşdırılıb. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m³/san təşkil edir.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.