AZ
Video yüklə

Oğurluq edən dəstə üzvləri yaxalandı

20 baxış Son xəbərlər
Kürdəmirdə oğurluq hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakinləri Xatirə Mahmudova, Zahid Cəlilov, Sevda Əliyeva, Aqil Musayev və Seymur Bağırov müxtəlif vaxtlarda Kürdəmir rayon polis şöbəsinə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən və iaşə obyektlərindən qızıl-zinət əşyalarının, təsərrüfat təyinatlı əşyaların, məişət avadanlıqlarının, eləcə də avtomobil ehtiyat hissələrinin oğurlandığını bildiriblər. Bununla bağlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törədən əvvəllər məhkum olunmuş Usub Əliyev, Elməddin Hacıyev və Alim Sultanov saxlanılıb. İlkin dindirmə zamanı onlar etdikləri cinayət əməllərini etiraf ediblər. Qeyd edək ki, onlar ümumilikdə rayon sakinlərinə 3500 manat məbləğində maddi ziyan vurublar. Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.