Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirildi
7 baxış
Son xəbərlər
Gəncdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq “Nizami Yurdu Gəncə” adlı musiqili ədəbi-bədii kompazisiyası nümayiş etdirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbir Nizami Gəncəvinin məqbərəsində, Nizami muzeyinin qarşısında açıq hava baş tutub. Əvvəlcə rəsmilər dahi şairin məqbərəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Prezident İlham Əliyevin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamdan irəli gələrək təşkil olunan tədbirdə şairin yaradıcılığından parçalar səsləndirilib, ədibin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanan “Xəmsə”lərindən kompazisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, “Nizami Gəncəvi ili” çərçivəsində söz ustadının yaradıcılığının tədqiqi və təbliği məqsədilə silsilə tədbirlər davam etdiriləcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.