Nazir müavini: Meşələrin çəpərlənməsi daimi olmayacaq
5 baxış
Son xəbərlər
REAL xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra meşələrdəki çəpərlər sökülür və həmin çəpərlərdən başqa ərazilərdə istifadə olunur: "Belə bir təcrübə Qırğız Respublikasında da var. Bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır. Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar".
F.Əliyev xaricdən ting gətirən iş adamlarına da müraciət edərək bildirib ki, Azərbaycanda meşələrin çəpərlənməsi yalnız o zaman olacaq ki, oraya kənar müdaxilələr olsun.
O həmçinin əlavə edib ki, ETSN-in kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var. Buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.