AZ
Video yüklə

Narkotik vasitə yetişdirənlər saxlanılıblar

9 baxış Son xəbərlər
Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 müxtəlif ünvanda narkotik vasitə yetişdirən və saxlayan şəxslər saxlanılıb.

Şöbənin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik-vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Fərhad Hüseynov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evindən müxtəlif çəkidə və hündürlükdə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Bölmə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəti cəsində isə Mahir Sadıqovun yaşadığı evdə də xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə aşkarlanaraq götürülüb.

Daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkoik maddə əldə edib saxlamaqda şübhəli bilinən Həsən Tağıyev saxlanılan zaman üzərindən narkotik maddə olan “metamfetamin” aşkarlanıb.

Aşkarlanan digər bir faktda isə narkotik vasitə yetişdirməkdə şübhəli bilindiyinə görə saxlanılan Təranə Hacıyevanın evindən dipçəklərdə əkilmiş və qulluq olunmuş çətənə kolları götürülüb.

Şöbənin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakinləri Fərman Qurbanov və Heydər Əsgərovun evlərindən müxtəlif ölçüdə və hündürlükdə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanıb.

Daha bir əməliyyat nəticəsində Rəşadət İbrahimovun evindən də narkotik vasitə kolları aşkarlanaraq müvafiq ekspertizaya təqdim edilib.

Bundan başqa şöbənin Kür Polis Bölməsinin əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə edib saxlmaqda şübhəli bilinən Şakir Yusifzadəni saxlayan zaman onun üzərindən narkotik vasitə olan “marixuana” aşkarlayıb.

Aşkarlanan 8 fakt üzrə 70-dən çox çətənə kolları və digər narkotik vasitələr ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.