AZ
Video yüklə

Müəllimlərin işə qəbul imtahanı başladı

27 baxış Son xəbərlər
5 iyuldan etibarən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. Mövcud pamdemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.

Nurlan İsmayılbəyli bildirdi ki, ötən gün Gəncə şəhərindəki imtahan mərkəzində imtahanların gedişində neqativ halla bağlı məlumat daxil olub və məsələyə dərhal reaksiya verilib.

Qeyd edək ki, 4-11 iyun tarixlərində müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib.

Bu mərhələdə müsabiqədə iştirak etmək üçün 62242 namizəd qeydiyyatdan keçib. Ərizələr emal edildikdən sonra 59171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 59153 nəfər müsabiqənin test imtahanı mərhələsində iştirak edəcəklər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.