Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin evində axtarış həyata keçirir. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, axtarış vaxtı Saakaşvili evinin damına çıxıb və etiraz olaraq özünü yerə atacağınə deyib. "İndi Saakaşvili damdadır və hüquq-mühafizə orqanları əməkdaşları olduğu güman edilən şəxslərlə danışıqlar aparır. Səs-küy gəlir. Siyasətçi ona toxunacaqları təqdirdə özünü binanın damından aşağı atacağını deyir", - Ukraynanın "1+1" telekanalı məlumat verib. Telekanalın bildirdiyinə görə, Saakaşvilini saxlamağa çalışıblar.