AZ
Video yüklə

Mingəçevir su anbarında suyun səviyyəsi kəskin düşdü

228 baxış Son xəbərlər
Mingəçevir su anbarında suyun səviyyəsi 2 metr düşüb. Xezerxeber.az-ın məlumatına görə, suya tələbatın artdığı isti yay günlərində anbarda suyun azalması yaxın gələcəkdə bir sıra problemlərin ortaya çıxa biləcəyini göstərir. Yuxarı Şirvan Kanal İstismar İdarəsinin rəisi İlyas Səfərov deyir ki, vəziyyət belə davam edərsə, xüsusilə payız aylarında ciddi problemlər yaşana bilər. Amma anbara toplanan suya qənaət etmək üçün alternativ vasitələrdən istifadə olunur. Yuxarı Şirvan kanalı ilə kəsişən Türyançay, Girdimançay və Ağsuçayın suyu əkin sahələrinin suvarılmasına yönləndirilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.