AZ
Video yüklə

Minatəmizləmə işləri sürətləndirilir

9 baxış Son xəbərlər
Vətən müharibəsindən il yarım keçməsinə baxmayaraq, bölgədə minaların təmizlənməsi ciddi problem olaraq qalır. Hazırkı dövrədək insanların təhlükəsizliyinə əsas təhdid olan mina partlayışı nəticəsində 200-dən çox insan ya həlak olub, ya da ağır yaralanıb.

İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də sözügedən məsələyə növbəti dəfə toxunuldu. Bildirildi ki, minalardan təmizlənmə prosesini sürətləndirmək üçün cari il dövlət büdcəsindən 100 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Prezident İlham Əliyevin də söylədiyi kimi, ərazilərin minalardan təmizlənməsində beynəlxalq mütəxəssislərin dəstəyinə ehtiyac var.

Ancaq aydındır ki, ərazilərin minalardan təmizlənməsi uzunmüddətli və çətin proses olduğundan buna külli miqdarda vəsait və çox sayda işçi qüvvəsi lazımdır. Sözügedən çatışmazlıqlar isə prosesin ləngiməsinə səbəb olur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.