AZ
Video yüklə

Mədəniyyət Nazirliyi illik hesabatı təqdim etdi

3 baxış Son xəbərlər
“Azərbaycanın 2030-cu ilə qədər olan mədəniyyət siyasəti üzərində işləyirik”.

Bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında deyib.

O bildirib ki, bu ilin əvvəlində nazirlik 9 hədəfdən ibarət plan bəyan edib. 2030-cu ilə qədər olan Azərbaycanın mədəniyyət siyasəti üzərində işlənilir. Burada həm yerli, həm də beynəlxalq təcrübə nəzərə alınır. Bu strategiya üzərində müəyyən sənədlər hazırlanır.

A. Kərimov bu il ərzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 40-a yaxın bədii, sənədli və animasiya filminin çəkildiyini qeyd edib.

Mədəniyyət naziri Anar Kərimov həmçinin “Çıraqqala” abidəsində aparılan bərpa-konservasiya işləri ilə bağlı məlumat verib.

Eyni zamanda nazir gələn il Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilməsi üçün bir neçə istiqamətdə UNESCO-ya müraciət ediləcəyini deyib.

Bundan başqa nazir Anar Kərimov maddi çətinlik çəkən mədəniyyət nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, mədəniyyət nümayəndələrimizə dəstək olacaq bir mexanizm yaradılmasını istəyirik, gələcəkdə də buna çalışacağıq. Burda təbii ki, şəffaflıq çox önəmlidir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.