AZ
Video yüklə

Londonda Beynəlxalq Neft həftəsi başladı

2 baxış Son xəbərlər
İngiltərənin paytaxtı Londonda ənənəvi Beynəlxalq Neft Həftəsi başlayıb.



Neft həftəsinin açılışında neft və qaz sənayesi üçün gələcəyin müəyyənləşdirilməsi mövzusu müzakirə olunub. Müzakirə çərçivəsində gələcək nəsillər üçün neft və qaz sektorunun ifadə edəcəyi məna, yeni enerji sistemində qazın yerləşdirilməsinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub.



Neft həftəsi çərçivəsində “Dəyişən dünyada yeni enerji erası”, “İqlim dəyişikliyinə qarşı mübarizə üçün atılmalı addımlar”, “Rusiyanın beynəlxalq neft və qaz sektorunda rolu”, “Xəzər dənizi regionunda neft və qaz istehsalının artımı”, “Orta şərqdə enerji sammiti” mövzusunda konfranslar və seminarlar keçiriləcək. Neft həftəsi 26-28 fevral tarixləri arasında davam edəcək.



Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ticarət qolu - "SOCAR Trading" də Beynəlxalq Neft Həftəsində iştirak edir. Beynəlxalq neft həftəsi dünyanın müxtəlif ölkələrindən neft, qaz və enerji sektorunu təmsil edən nümayəndələrin iştirak etdiyi beynəlxalq forumdur.(report.az)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.