AZ
Video yüklə

Küləyin vurduğu ziyan aradan qaldırılır

5 baxış Son xəbərlər
Şimaldan hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində Noyabrın 10-dan başlayaraq ölkə ərazisində güclü küləklə müşahidə olunan qeyri sabit hava şəraiti noyabrın 12-dən etibarən tədricən mülayimləşəcək.

Bunu REAL-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bilidirdi.

Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi ümumi təhsil məktəblərinin dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, xüsusi konstruksiyaların zədələnib, bundan başqa paytaxt və bölgələrdə ağacların aşması, budaqların qırılması halları müşahidə olunub.

Bununla bağlı artıq noyabrın 10-u axşam saatlarından Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, noyabrın 12-i səhər saatlarından etibarən paytaxtda eləcə də respublikanın bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, küləyin sürətinin azalacağı gözlənilir. Havanın hərarəti ötən günlərlə müqayisədə tədricən yüksələcək.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.