AZ
Video yüklə

Küləkli hava nə vaxta qədər davam edəcək?

3 baxış Son xəbərlər
Azərbaycanda sabaha gözlənilən gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Hava şəraiti ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yağışlı və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Fövqəladə Hallar Nazirliyi də hava şəraitinə görə əhaliyə xəbərdarlıq edib. Qurum təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.

Küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Qeyd edək ki, küləkli və yağışlı hava şəraiti mayın 8-i səhər saatlarına qədər davam edəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.