Kəlbəcərdə bal süzümü sona çatır
17 baxış
Son xəbərlər
Kəlbəcər yaylaqlarına ilk dəfə köçürülmüş arıçılıq təsərrüfatlarında sonuncu bal süzümünə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına iyunun 7-də köçürülmüş arıçılıq təsərrüfatları artıq ikinci bal süzümünü həyata keçirirlər. Arıçılar yaylaq dövrünün çox məhsuldar keçdiyini deyirlər. Onlar hər pətəkdən orta hesabla 30 kiloqram məhsul götürməyi hədəfləsələr də, məhsuldarlıq gözləntilərin üzərində olub.
Bal süzümü prosesi bir neçə mərhələni əhatə edir. Pətəklərdə yalnız arının növbəti mövsümədək qidalanmasına bəs edəcək miqdarda bal saxlanılır. Pətəklərdəki çərçivələrdən şan çıxarılaraq xüsusi qablara yığılır. Daha sonra yaylaq şəraitində qurulmuş xüsusi otaqlarda bal süzümü həyata keçirilir. Süzülmüş bal əvvəlcə iri həcmli çəlləklərə yığılır, daha sonra isə bankalara tökülərək qablaşdırılır.
Bu il Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Kəlbəcər yaylaqlarına 3537 arı ailəsi köçürülüb. Öz təsərrüfatlarını Kəlbəcər yaylaqlarına köçürməyə razılıq vermiş təsərrüfatların əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, onlara dislokasiya bölgəsində davranış qaydaları izah edilib. İlk arıçılıq təsərrüfatları yaylaqlara iyunun 7-də Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərşivəsində, birbaşa yerli bölmələrin iştirakı ilə köçürülüb. Bu təsərrüfatlarda artıq ikinci bal süzümü davam edir.
Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər yaylaqları ilə yanaşı Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb. Laçının Qorçu, Oğuldərə və digər kəndlərinə ümumilikdə 531 arı ailəsinin köçürülməsi təmin edilib. Laçın yaylaqlarında bal süzümünə avqust ayının ikinci yarısında başlanması nəzərdə tutulur.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.