AZ
Video yüklə

İstanbula getmək istəyənlərin nəzərinə

373 baxış Son xəbərlər
AZAL və Türk Hava Yolları iyulun 1-dən etibarən Bakı-İstanbul-Bakı istiqamətində uçuşlara başlayır. İlk uçuşu Türk Hava Yolları İstanbuldan iyulun 1-də, AZAL isə Bakıdan iyulun 2-də həyata keçirəcək. Bununla da Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə dörd dəfə təşkil ediləcək. Artıq bilet satışları da başlayıb. Qiymətlər neçəyədir və kimlər bu təyyarələrlə uça bilər? AZAL Bakı-İstanbul-Bakı reysi üzrə aviabilet satışına başlayıb. 2 iyuldan həyata keçiriləcək uçuşların bilet satışları aviadaşıyıcının rəsmi saytında həyata keçirilir. Azərbaycan Hava Yolları"ndan başqa, iyulun 1-dən etibarən "Türk Hava Yolları" da Bakı və İstanbul arasında həftədə iki dəfə uçuşlar yerinə yetirəcək. Bir tərəfli uçuşun qiyməti 380 manatadır. Biletlərə tələb həddindən artıq çoxdur. Artıq bəzi uçuşların əksər bileti satılıb. Tələbin çox olması süni qiymət artımına da yol açıb. Ramiz Qafarov deyir ki, bu biletlərin bəziləri turizm şirkətləri tərəfindən alınaraq daha baha qiymətə satılır Tövsiyə olunur ki, sərnişinlər artıq pul ödəməmələri üçün özləri azalın sayıtından bu biletləri əldə etsinlər Yeni qaydalara uyğun olaraq yalnız koronavirus testi neqativ olan sərnişinlər səyyahət edə biləcəklər. Bakıdan uçmaq istəyən sərnişinlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən akkreditə olunan inci, referans və memorial klinik laboratoriyalarda koronavirus testindən keçməlidirlər Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftəlik özünütəcrid rejiminə keçməli olacaqlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurmalı olacaqlar. AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud kompyüter üçün çantanınb əl yükü qismində daşınmasına icazə verilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.