İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya ərazisinə raket zərbəsi endirib. FaktXəbər bildirir ki, bu barədə "SANA" məlumat yayıb.
Dəməşq və Homs şəhərlərindəki hədəflərə endirilən raket zərbələrinin əksəriyyəti RƏM sistemi tərəfindən vurulub.
Məlumata görə, raket hücumları zamanı biri azyaşlı körpə olmaqla, 4 nəfər həyatını itirib.
İsrail təyyarələri Livanın hava ərazisindən Dəməşqdəki "Məzəx" hərbi aeroportunu hədəf seçibmiş.