AZ
Video yüklə

İspaniyada gecə klubunun döşəməsi uçub, 22 nəfər xəsarət alıb

686 baxış Son xəbərlər
İspaniyanın Tenerife adasındakı gecə klubunda döşəmənin uçması nəticəsində 22 nəfər xəsarət alıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə "El Periodico" nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə bazar gününə keçən gecə, noyabrın 26-da, Adexe şəhərində baş verib.

Nəşr yazır ki, döşəmə 4 kvadratmetr sahədə çöküb, insanlar bir mərtəbə hündürlükdən yerə düşüb.

İki nəfər ciddi, digərləri isə bədənin aşağı ətraflarından sınıq və əzik xəsarətləri alıblar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.