ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı gəmisi “USS Florida” Fars körfəzinin sularına daxil olub. Bu barədə “Bloomberg” nəşri yazıb. Bildirilib ki, Vaşinqton bu addımı ilə Yaxın Şərqdəki münaqişənin genişlənməməsi üçün Tehrana güc nümayiş etdirmək istəyir.
O da qeyd olunub ki, Florida sualtı qayığı nüvə gücünə malik olsa da, nüvə silahı daşımır.
“Florida sualtı qayığı 154-ə qədər “Tomahawk” qanadlı raketi ilə silahlanıb və göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 66 xüsusi təyinatlısı var” - deyə məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın 6-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunika¬siyalar üzrə koordinatoru Con Körbi ABŞ-ın Yaxın Şərqə Ohayo sinifli sualtı qayıq gön¬dərdiyini açıqlamışdı və o bu addımın Amerika ordusunun regionda təhlükəsizliyini təmin etmək üçün zəruri hesab etdiyi üçün atıldığını bildirmişdi. Agentliyin məlumatında o da qeyd edilib ki, ABŞ-ın hansı sualtı qayığının Yaxın Şərqə göndərildiyi və dəqiq olaraq harada yerləşdiyi barədə məlumat verilməyib.