İnsanlıq əleyhinə cinayət törədən ermənilər
20 baxış
Son xəbərlər
Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında Ermənistan vətəndaşlarından ibarət 13 nəfərlik terrorçu silahlı birləşmənin üzvləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edildi.
Daha sonra dövlət ittihamçısı Vüqar Quliyev ittiham aktını elan etdi.
İttihama görə, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçiblər. Onlar Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutublar. 13 dekabr 2020-ci ildək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Daha sonra təqsirləndirilən şəxslər müdafiəçilərin suallarını cavablandırdı.
Növbəti məhkəmə prosesi iyulun 5-də davam edəcək.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.