İnsanların ən çox gördüyü 5 YUXU

  • 21.03.2018
  • 0

Avstraliyalı psixoloqlar 30 illik peşə fəaliyyəti illərində analiz etdikləri 100 min yuxu içərisində ən çox görülən yuxuların siyahısını tərtib ediblər. Bu yuxular içərisində xüsusilə bir neçəsi tez-tez görülür. Publika.az oxucularına tez-tez görülən ən maraqlı 5 yuxunun siyahısını təqdim edir: 1. Tualetdə olmaq Bu yuxunu görənlər, xüsusilə bayram axşamı ilə əlaqədar sirləri olan şəxslərdir. Deyilməsi gərəkən sözləri deyə bilməyən insanlar gecə yatarkən yuxuda tualet görə bilirlər. Bir başqa analiz isə bayram axşamı kifayət qədər çox içki qəbul etməyiniz ola bilər. 2. Yüksəkdən yıxılmaq Tez-tez yüksəklikdən yıxıldığınızı görürsüzsə, siz olduqca əsəbi insansız. Əksər hallarda, psixoloqlar qeyd edir ki, bu cür yuxuları cəmiyyət içərisində özlərinə idarəetməni itirənlər görür. 3. Yuxuda çılpaq olmaq Özünü həyatda köməksiz, qorunmasız hiss edən insanların gördüyü yuxu hesab olunur. 4. İntim münasibətdə olmaq 20-30 yaş aralığında olan insanların (xüsusilə kişilərin) tez-tez gördüyü yuxulardan biri də budur. Xəyalındakı qadın obrazına sarılan şəxslər yuxuda xəyal etdikləri münasibəti yaşayırlar. 5. Yuxuda dalaşmaq, qəza törətmək Bu cür yuxu görən insanların şüuraltı yaddaşının güclü olduğu deyilir. Bu yuxu o insanların xarakterli olmasına işarədir. Onların problemləri həll etmək məqsədilə hadisələri təkrar-təkrar düşündükləri deyilir.

Nə düşünürsən?